YAP 20 illik fəaliyyətində böyük layihələrə imza atıb

YAP 20 illik fəaliyyətində böyük layihələrə imza atıb

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın 20 illik fəaliyyətində çox böyük layihələrə imza atıb. Hesab edirəm ki, bu layihələrdən ən əsası müasir Azərbaycandır. SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib.

İcra katibinin sözlərinə görə, bu gün Azərbaycanın hər bir dilbər guşəsində, o cümlədən də Qaradağ rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb: "Ölkəmizin simasının yeniləşməsi, iqtisadiyyatımızın güclənməsi, qüdrətlənməsi buna bariz sübutdur. 20 il bundan öncə YAP yaranarkən ulu öndər Heydər Əliyev adı çəkilən bu partiyanın adını heç də təsadüfi qoymayıb. O zaman dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində məhz bugünki Azərbaycanın qurulacağına böyük ümidlər bəslənilirdi. Mən böyük məmnunluq hissi ilə qeyd etmək istərdim ki, YAP yaradıcısının bu ümidləri arzuları artıq real oldu. Bu gün sözün həqqi bir mənasında yeni Azərbaycan qurulub. Qüdrətli iqtisadiyyata, böyük infrastruktura, əhalinin rifahının yaxşılaşdırılmasına dəlalət edən həyat yaşayırıq. Heç də təsadüfi deyil ki, Azərbaycanın hər bir rayonunda, şəhərində, kəndində YAP-ın yaradılmasının 20 illik yubileyi böyük təntənə ilə qeyd olunur. Qaradağ rayonunda artıq rayonun, qəsəbələrin siması müsbət mənada kökündən dəyişib. Əsas isə insanların rifahının dəyişməsidir, onların gələcəyə ümidinin artmasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə