Vaqif Abışov: "Müxalifət düşərgəsinin təmsil edən qüvvələr qanun çərçivəsində ölkədə icazəli aksiyalar keçirsə daha yaxşı olar"
Müxalifəti təmsil edən qüvvələr yenidən icazəsiz aksiyalar keçirməyi planlaşdırır. Dağıdıcı müxalifət mütamadi və əsası olmayan qanunsuz aksiyalar keçirməklə heç bir uğur əldə edə bilmir. Buda onların tamam tükəndiyini deməyə əsas vermirmi? Milli Məclisdə siyasi partiyalar haqqında qanuna əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Bu dəyişiklik əsasən icazəsiz aksiyalar keçirən partiyaların böyük məbləğdə cərimə olunması ilə bağlıdır. Ümumilikdə, bu qərarı necə dəyərləndirmək olar? Qanun hələ müzakirəyə çıxarılmamışdan əvvəl müxalifətçilər hay-küy qaldırıb buna etirazlarını bildirirlər. Bu etiraz və narahatlıq nədən yaranır? Məsələyə münasibət bildirən BAXCP Ali Məclisinin sədri Vaqif Abışov qeyd edərək bildirdi ki, müxalifət qüvvələri icazəsiz aksiyaların keçirilməsini ənənəvi bir hala çevirib. Yəni, hər dəfə müxalifət təmsilçiləri icazəsiz aksiyalar keçirsə belə, sonda uğursuza gətirib çıxarır. Bununda səbəbi müxalifətin heç bir sosial bazasının olmaması ilə bağlıdır. Ona görə də, müxalifətin icazəsiz aksiyalar keçirməsi yersiz bir haldır. Çünki müxalifət qüvvələrinin belə aksiyalarına qoşulanlar yoxdur.
V.Abışovun sözlərinə görə, Milli Məclisdə siyasi partiyalar haqqında qanuna əlavə və dəyişikliklər edilməsinin nəzərdə tutuması müsbət bir haldır. Yəni, burada icazəsiz aksiyalar keçirən partiyaların böyük məbləğdə cərimə olunmasından söhbət gedir. Ümumiyyətlə, Azərbaycanda hər bir məsələ qanun çərçivəsində öz həllini tapmalıdır. Yəni, müxalifət düşərgəsinin təmsil edən qüvvələr qanun çərçivəsində ölkədə icazəli aksiyalar keçirsə daha yaxşı olar. Bir sözlə, qanun hələ müzakirəyə çıxarılmamışdan əvvəl müxalifətçilər buna öz etirazlarının edilməsinin arxasında dayanan məqamlar məlumdur. Bu tətbiq olunacaq yeni cərmələrin artırılması ilə bağlıdır. Görünür müxalifət qüvvələri qanun çərçivəsində hərəkət etmək istəmirlər. Ona görə də, müxalifətçilər narahatlıq hissi keçirir.
V.Abışov sonda onu da vurğuladı ki, bu günə qədər müxalifət qüvvələrinin həyata keçirdiyi siyasət uğursuz olub. Yəni, onların aksiyalarında pərakəndə vəziyyət bunu deməyə əsas verir.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB