Yeni Azərbaycan Partiyası (YAP) çox gərgin və mürəkkəb bir şəraitdə yaranıb. Bəzi insanların heç ağlına belə gələ bilməzdi ki, YAP yaxın zamanlarda iqtidar partiyasına çevriləcək və Azərbaycanın ictimai-siyasi həyatında misilsiz əhəmiyyət kəsb edən işlər görəcək. Bunu SİA-ya millət vəkili, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Şəmsəddin Hacıyev deyib.
Onun sözlərinə görə, hakim partiyanın yaranması ümummilli lider, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "YAP yaranmasından keçən 20 il çox gərgin olub. O, dövrdə bu partiyanın böyük bir qüvvəyə çevrilməsini belə düşünmürdülər. Amma buna baxmayaraq partiyanın sədrinin nüfuzu, onun təcrübəsi, görə biləcəyi işlər əvvəlcədən məlum idi. Həmin dövrdə Azərbaycanı düşdüyü o çətinliklərdən çıxarmaq üçün bir siyasi qüvvənin yaranmasına ehtiyac var idi. Digər tərəfdən isə bu Heydər Əliyevin nüfuzu ilə bağlı idi. O vaxtlar 91 nəfərin imzası ilə yaranan bu partiya ilk iclasını keçirtdi. İndi isə YAP-ın 600 minə yaxın üzvü var".
Ş.Hacıyev deyib ki, Azərbaycanın müstəqillik dövründə bu inkişafa adekvat olaraq hakim partiya da inkişaf edib: "Mən həmin dövrü 3 yerə ayırardım: Birincisi, partiyanın müxalifətdə olduğu dövr. Bu çox maraqlı və çətinliklərlə, problemlərlə olan bir dövr idi. Hətta o zaman YAP-a üzv olanların həyatları təhlükəyə atılmışdı. İkincisi, isə artıq azərbaycanın dövlət kimi formalaşması, unitar bir dövlətə çevrilməsi, partiyamızın formalaşmasında iqtidar partiyası kimi ictimai-siyasi qüvvəyə çevrilməsi prosesi başlandı. Üçüncü dövr partiyanın inkişaf dövrü idi. Burada Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoydu. Partiya yalnız dünənin, bu günün yox, ulu öndər Heydər Əliyevin sözləri ilə desək gələcəyin partiyasıdır. Bizim hələ gələcəkdə görəcəyimiz işlər çoxdur. Bütün bunlar hamısı biləvasitə YAP-ın iştirakı ilə onun rəhbərinin həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasəti ilə bağlı olacaq. Azərbaycan yaxın gələcəkdə dünyanın ən inkişaf etmiş ölkələri cərgəsinə qoşulacaq. Bununla belə ölkəmizin səviyyəsi yüksələcək və Dağlıq Qarabağ problemi də bu partiyanın üzvlərinin onun rəhbərinin apardığı siyasət nəticəsində azad olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB