Yeni Azərbaycan Partiyasının (YAP) ən böyük uğuru Azərbaycanın müstəqilliyini möhkəmləndirmək və onun dönməzliyini əbədiləşdirməkdir. Bunu SİA-ya açıqlamasında Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.
Onun sözlərinə görə, YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyev dəfələrlə deyib ki, qarşımızda duran ən vacib məsələ Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır.
V.Əliyev bildirib ki, son 20 ildə YAP da əsas gücünü, siyasətini, enerjisini, bacarığını məhz bu istiqamətdə davam etdirib: "Bu geniş bir məsələdir. Ona görə ki, müstəqilliyi qoruyub saxlamaq asan bir iş deyil. Burada əsas məsələ kadrların yetişdirilməsi, təşkilatların yaradılması, onun sıraların genişləndirilməsi və ən əsası dəqiq siyasətin aparılmasıdır. Bütün bunları YAP-ın mətinləşmiş, təşkilatlanmış uğuru kimi qiymətləndirmək olar".
Aydan Xanlarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB