"Müxalifətin sabahkı mitinqinin heç bir əsası yoxdur". SİA-nın xəbərinə görə, bunu politoloq Cümşüd Nuriyev deyib.
Politoloqun sözlərinə görə, radikal düşərgənin burada əsas məqsədi ondan ibarətdir ki, Bakının mərkəzinə keçərək, qarşıdurma yaratsınlar: "Hərhalda, bu onların tapşırığıdır və tapşırığı yerinə yetirməyə çalışırlar. Bir çox dövlətlərdə qanunsuz mitinq keçirənlərin qabağı alınır. Parlamentin buraxılması məsələsi küçədə həll olunmur. Ya gərək deputatlar özləri Parlamenti tərk etsin, ya da Milli Məclis öz fəaliyyətini dayandırsın. Bunun başqa mexanizmi yoxdur. Onlar nə qədər küçələrə çıxsalar da, istəkləri baş tutmayacaq. Azərbaycanda Parlamentin buraxılmasının hüquqi mexanizmi yoxdur. Gülər Əhmədova parlament üzvüdür, ancaq özü fırıldaqla məşğul olub. Bu məsələ bütün parlamentə şamil oluna bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB