Türkiyə Suriya ilə müharibə etsə...

Türkiyə Suriya ilə müharibə etsə...

"Mən arzulamazdım ki, Türkiyə ilə Suriya arasında müharibə başlasın. Çünki Türkiyə ilə Suriya arasındakı müharibənin olması birinci növbədə Türkiyənin özünə ziyandır". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, müharibə nəticəsində Türkiyə Suriyadakı hakimiyyəti dəyişə bilsə də, nəticədə çox ciddi böhranlı dövrə qədəm qoya bilər.

Türkiyənin SSRİ dağılandan sonra güclü bir inkişaf yoluna qədəm qoyduğunu deyən politoloqun fikrincə, ərəb inqilabları başlayandan sonra Türkiyə regional dövlətdən çıxaraq dünya miqyaslı bir dövlətə çevrilib: "İndi Türkiyə dünyada xüsusi gücə və sözə sahib olan bir dövlətdir. Əgər bu gün Türkiyə Suriya ilə müharibə etsə, SSRİ-nin dağılmasından, ərəb inqilablarından sonra qazandığı bütün inkişafı itirəcək. Hətta mən istisna etmirəm ki, son zamanlar Türkiyəni müharibə etməyə qızışdıran, müxtəlif hərəkətlər etməyə çağıranların özləri də Türkiyəni istəməyənlərdir. Bu yolla onlar Türkiyənin son 15-20 ildə qazandıqlarını əlindən almağa çalışır, onu yenidən Amerikadan asılı olan bir dövlat halına salmaq istəyirlər. Çünki bir sıra güclər Asiya regionunda bir növ güclü müsəlman, türk dövlətini görməyə hazır deyillər".

Bütün xəbərlər Facebook səhifəmizdə