"Vladimir Jirinovski kimi siyasətçilər adətən hansısa səbəblərdən özləri üçün belə bir davranış yolu seçirlər. Yəqin ki, onların vicdanı və insafı bunu rəva bilir. Amma məncə, bu cür siyasətçiləri ciddi qəbul etmək olmaz". SİA-nın xəbərinə görə, bunu jurnalsitlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Moskvada mitinq zamanı Azərbaycana qarşı terror çağırışları səsləndirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həmin ölkənin hökuməti də bu cür halları ciddi qəbul etməli və onları aradan qaldırmaq üçün səy göstərməlidir. A.Əzimovun sözlərinə görə, Azərbaycan və Rusiya arasında bir mühit formalaşır və ikitərəfli əlaqələrin dostluq şəraitində inkişaf etməsinə bu cür hallar xoş təsir bağışlamır.
Nazir müavini qeyd edib ki, Vladimir Jirinovskinin Moskvada mitinq zamanı Azərbaycana qarşı səsləndirdiyi terror çağırışları ilə bağlı Rusiyaya göndərilən notaya hələ ki heç bir cavab verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB