İctimai Palatada istefalar!

Dünən İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda bir sıra istefalar elan edilib.

Günorta saatlarında başlayıb axşama qədər davam edən iclasda Koordinasiya Şurasının 17 üzvündən 11 üzvü iştirak edib. İclasda Palataya daxil olan təşkilatların YAP-ın qərargahında keçirilən toplantıya qatılması və Avropa Parlamentinə müraciətə imza atması məsələsi ilə bağlı ciddi mübahisə yaranıb.

Mübahisələrin sonunda Pənah Hüseyn, politoloq Zəfər Quliyev və Köçəri Nağıbəyli Koordinasiya Şurası üzvlüyündən istefa veriblər.

Qeyd edək ki, istefa verənlər arasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun da adı çəkilib, lakin bu məlumat hələ dəqiq deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə