"Əgər Suriya xalqı prezident seçkilərində başqa birini seçərsə, o zaman hakimiyyətdən getməyə hazıram". SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN başçısının müavini Mixail Boqdanov Parisdə suriyalı üsyançılarla görüşündən sonra Fransanın "Le Figaro" qəzetinə verdiyi açıqlamada deyib.
Nazir müavini: "Əsəd bunu bizə özü deyib. Nə qədər səmimi olduğunu deyə bilmərəm, ancaq açıq şəkildə dediyi budur. Əgər xalq onu istəməzsə və seçkilərdə başqa birini seçərlərsə, o zaman Əsəd gedəcək",- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB