Erməni azğınlığı o dərəcəyə çatıb ki...

Erməni azğınlığı o dərəcəyə çatıb ki...

ASALA erməni terror təşkilatının hədələyici məktubları ilə əlaqədar Beynəlxalq Diaspor Mərkəzinin açıqlaması

Azərbaycan ordusunun zabiti Ramil Səfərovun həbsdən azad olunması Ermənistan tərəfində gözlənildiyindən daha artıq narahatçılıq yaradıb. İşğalçı ölkənin prezidenti Serj Sarkisyan səviyyəsində Azərbaycana qarşı hədə-qorxu gəlməklə zabitimiz Ramil Səfərovun hətta öldürülməsinə belə açıq şəkildə çağırışlar edilməkdədir. SİA müraciəti BDM-in mətbuat xidmətinə istinadən yayıb.

Müraciətdə deyilir: "Erməni azğınlığı o dərəcəyə çatıb ki, terror təşkilatı ASALA tərəfindən diplomatlarımıza, iş adamlarımız və diaspor təmsilçilərimizə qarşı açıq şəkildə ölümlə hədələyici məktublar göndərilməkdədir. Ermənistan dövlətinin və ermənilərin dünya ictimaiyyəti qarşısında bu səviyyəyə düşməsi Azərbaycan diplomatiyasının artıq qələbəsidir.

Uzun illərdir Azərbaycan tərəfi beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinə çağırışlar edərək, ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımlar haqqında və bu dövlətin özünün birbaşa terrrorçu rejimə sahib olduğu bəyan etməkdədir. Ermənilərin bu fitnəkarlığı bir daha sübut edir ki, bir nəfər Azərbaycan zabitinin azad olunmasını həzm edə bilməyən düşmən işğalda olan torpaqlarımızın azad olunmasını necə həzm edəcək?

Beynəlxalq Diaspor Mərkəzi bütün xalqımıza və xüsusilə diaspor təşkilatlarımıza çağırış edərək bəyan edir ki, qarşımızda olan düşmənin nə qədər məkrli, riyakar və azğın olduğunun bir daha fərqinə varmalıyıq. Qarşıda düşmənlə mübarizədə yeni bir dövr başlanmaqdadır. Azərbaycan diplomatiyasının qələbəsi ilə başlayan bu proses Azərbaycan ordusunun zəfəri ilə sona çatacaq. BDM təəssüf hissi ilə bildirir ki, Azərbaycan xalqına qarşı soyqırım həyata keçirmiş, 20 faiz torpaqlarımızı işğal altında saxlayan Ermənistanın cinayətkar hərəkətlərinə göz yuman dünya birliyi, ABŞ və Avropanın aparıcı dövlətləri bir zabitin 8 ildən sonra beynəlxalq konvensiyalara uyğun olara həbsdən azad olunmasından narahatçılıq keçirdiklərini bildirdikləri halda, Ermənistanı təmsil edən Sarkisyanın ölümlə hədələyici çıxışına və eyni zamanda ASALA terror təşkilatının 40 ilə yaxındır Azərbaycan və Türkiyəyə qarşı apardığı terror aktlarını davam etdirəcəyi hədələrini sükutla qarşılayırlar. Bu Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinə göz yummaq və növbəti cinayətkar əməllərini davam etdirməyə şərait yaratmaqdır. Dünyada demokratiya, insan haqqları və ədalət carçısına çevrilən bu dövlətlərə yazıqlar olsun.

ASALA terror təşkilatının məktubuna cavab olaraq BDM adından bəyan edirik ki, ermənilər bilsin ki, Azərbaycan 90-91-ci illərdəki zəif gücə malik dövlət deyil. Bundan sonra Xocalıdakı hadisələr kimi soyqırımları xalqımıza qarşı törətmək şansı bir daha erməni terrorçularına qismət olmayacaq. Azərbaycan torpaqlarının müdafiəsi və azadlığı uğrunda minlərlə oğullarımız Mübariz İbrahimov kimi qəhrəmancasına şəhid olmağa hazırdılar. Güclü orduya malik olan Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad edəcək və xalqımıza qarşı ağır cinayətlər törətmiş terrorçu erməni ünsürləri axıtdıqları hər bir damla qana görə cavab verməli olacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə