YAP Sədrinin müavini Əli Əhmədov Sadəddin Topukçunu qəbul edib

YAP Sədrinin müavini Əli Əhmədov Sadəddin Topukçunu qəbul edib

Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov bu gün Şimali Kipr Türk Respublikasının ölkəmizdəki təmsilçiliyinin yeni rəhbəri Sadəddin Topukçunu partiyanın mənzil qərargahında qəbul edib.

Görüşdə Şimali Kipr Türk Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan əlaqələrin inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Təmsilçiliyin keçmiş rəhbəri Zəki Qazioğlu görüşdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə