Qərarı Rumıniya verəcək

\r\n Rumıniya Şengen müqaviləsinə qoşulmaya bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Rumıniyanın Avropa İşləri üzrə naziri Leonard Orban məlumat verib. Onun sözlərinə görə, Rumıniyanın Şengen zonasına qoşulmaması ilə bağlı Avropa İttifaqının bir çox ölkələrində məlumat var: "Rumıniyanın payız aylarında Şengen zonasına daxil olmaması mümkündür. Artıq bu barədə Aİ-nin bir sıra ölkələrinin də xəbəri var. Rumıniya ilə Bolqarıstanın Şengen sazişinə qoşulması məsələsində bu ölkələrin qoşulma istiqamətlərinin ayrılması məsələsi mümkün, lakin ağlabatmaz fikirdir".

Bütün xəbərlər Facebook səhifəmizdə