Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədr əvəzi Mirkazım Seyidovun Səstv-yə müsahibəsi:
- Mirkazım müəllim, Ramil Səfərovun azad olunmasını müxalifət nümayəndələri birmənalı qarşılanmadı. Bu ölkəmizlə digər dövlətlər arasında hər hansı diplomatik münasibətlərə əngəl törədə bilərmi?
- Ramil Səfərovun Azərbaycana gətirilməsi elə bir qeyri hadisə deyil. Bu dövlətlər arasında mövcud olan və beynəlxalq hüquq normalarına cavab verən bir prosedurdur ki, müxtəlif dövlətlərdə də bu baş verə bilər. Nə Azərbaycan, nə Macarıstan höküməti qeyri-qanuni heç nə etməyib və bütün qanunvericiliyə uyğun olaraq bu prosesi həyata keçiriblər. Ramil Səfərovun Azərbaycana qaytarılmasını ölkəmizin böyük uğuru hesab etmək olar. O, mənada ki, atılan bu addım bir tərəfdən Azərbaycan dövlətinin Ali Baş Komandanının öz milli ordusunun zabitlərinə bibaşa qayğının təzhürüdür. Digər bir tərəfdən bu atılan addım xalqın hökümət başçısına inamını daha da artırır. Ramil Səfərovun buraxılması və onun konkret törətdiyi cinayət əgər başqa dövlətdə qanunauyğun cinayət sayılırsa bu bizim dövlətimiz, xalqımız arasında ancaq milli qəhrəmanlıq kimi səslənə bilər. Digər bir tərəfdən bu tarixi düşmənlərimiz olan ermənilərin iç üzünü açıb göstərməklərinə təkan oldu. Noyabrda ABŞ-da prezident seçkiləri keçiriləcək və adəti üzrə hər prezident seçkilərində güclü mövcud olan erməni lobbisi bu və ya digər istiqamətlərdə prezidentlərə təssir göstərmək gücünə malikdirlər. Bilirsiniz ki, Ramil Səfərovla bağlı belə qalmaqallı, siyasiləşdirilmiş bir prosessin arxasında müxtəlif təxribatlar dayana bilərdi. Mən Ramil Səfərovun azad olunmasında köməyi olan bütün insanlara öz dərin minnatdarlığımı bildirirəm.
- Dəfələrlə ölkə mətbuatında, KİV-də sizə qarşı müxtəlif təxriabatlar, ittihamlar səsləndirilib. Bu məsələyə münasibətiniz necədir. Bütün bunlar nədən qaynaqlanır?
- Söhbət Demokratik Azərbaycan Partiyasından (DADP) gedir. Bir neçə ay bundan əvvəl partiyanin sədri Məmməd Əlizadənin sərancamı ilə partiya mənə həvalə olunub. Ancaq bunu həzm etmək istəməyən insanlar da vardır. Partiyanın 60-dan çox rayonlarda özəl təşkilatları var ki, onlar partiyanın uzun müddət uğursuzluqlarına inanmayaraq artıq öz fəaliyyətlərini dayandırıblar. Partiyanın maddi texniki bazasının yaradılması birinci növbədə gündəmdə dayanmalıdır. Həmçının bu partiyanın heç mətbuat xidməti də fəaliyyət göstərmir. Ancaq seçkilərdən-seçkilərə bir-iki qəzet buraxılıb ki, bununla da onlar öz işlərini bitmiş hesab ediblər. Belə xaotik vəziyyətlərdə partiyalarda adətən axırıncı qurultayda təsdiq olunmuş idarə heyətinin üzvləri əsas götürülür. Partiyanın bəzi üzvləri radikal islahatlar aparanda mən bəzi şərtlər qoydum. Bu şərtlərin hamısı bir şeyə xidmət edirdi bu da partiyanın maddi-texniki bazasını yaratmaq idi. Biz partiyanın maddi-texniki bazasını yaratmadan partiyanı hərəkətə gətirə bilmərik. Bugün bunlar partiya üçün ən vacib məsələlərdir. Mən onlara üç təklif verdim və onların üçüdə həyata keçmiyəndən sonra onlar mənə qarşı təxribat hazırlamağa başladılar. Onlar mənə qarşı ittiham edirlər ki, güya mən partiyanı 15 minə satmaq istəmişəm. Deməli mən o aktivləri yığıb onlar üçün şərt qoymuşdum ki, 17 nəfər partiyanın üzvlərinin 10 nəfərini çıxaq, qalan 7 nəfəri ilə birlikdə pul qoyub partiyanın mətbuatını yaradaq. Çünki biz bunu eləməsək bizim, yəni partiyanın səsi heç yerə çatmayacaq. Bu təklifimdən bir həftə keçsə də təəssüflər olsun ki, heç kim bir addım atmadı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB