Azərbaycan vətəndaşları İrana vizasız gedəcək

Azərbaycan vətəndaşları İrana vizasız gedəcək

İran Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız səfər rejimini bərpa edib. Xatırladaq ki, Qoşulmama Hərəkatının Tehranda keçirilən sammiti ilə əlaqədar avqustun 5-dən 31-dək Azərbaycan vətəndaşlarının İrana vizasız hərəkəti məhdudlaşdırılmışdı. Bu qayda Türkiyə və Gürcüstan vətəndaşlarına da şamil olunmuşdu.

Azərbaycan vətəndaşları üçün İrana vizasız səfər müddəti 15 gündür. Bu müddətdən artıq İranda qalmaq istəyənlər aidiyyəti üzrə dövlət qurumlarına müraciət edərək viza müddətini artırmalıdırlar.

Sabir Şahtaxtı

Bütün xəbərlər Facebook səhifəmizdə