Elmar Məmmədyarov İrana gedir

Azərbaycanı Qoşulmama Hərəkatının Tehranda keçirilın 16-cı sammitində xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. İranın "Farsnews"a agentliyinə açıqlama verən Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bildirib ki, nazir sammitdə iştirak etmək üçün bu gün Tehrana gələcək.

Qeyd edək ki, sammit işinə avqustun 26-da başlayıb. Bundan başqa sammitə BMT baş katibi Pan Gi Mun da qatılacaq. O, Tehrana avqustun 29-da gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə