Qənimət Zahid oxucularını indi də "Cahit Kılıç" imzası ilə aldadır
Son zamanlar "Azadlıq" qəzetində mütəmadi olaraq Türkiyə vətəndaşı olan Cahit Kılıç adlı şəxsin müsahibələri və açıqlamaları yer almaqdadır. Həmin yazılarda Cahit Kılıç adlı şəxs heç bir əsas, dəlil və sübut olmadan dezinformasiya xarakterli açılamalar verməklə Azərbaycan dövlətçiliyinə və hakimiyyətinə qarşı zidd məlumatlar səsləndirir. Araşdırmalarımızdan sonra məlum olub ki, bu, əslində "Azadlıq" qəzetinin ictimaiyyəti aldatmaq cəhdidir.
Belə ki, SİA-nın əldə etdiyi informasiyaya görə, əslində Cahit Kılıç adlı şəxs Türkiyədə mövcud olsa da, həmin şəxsin ictimai-siyasi fəaliyyəti heç zaman olmayıb. Məsələ ondadır ki, bəzi yazılı mətbuatda və informasiya saytlarında Cahit Kılıçın guya 1992-ci ildə Azərbaycanda fəaliyyət göstərən Türkiyə səfirliyinin əməkdaşı olduğu vurğulansa da, deyilənlər öz təsdiqini tapmayıb. Digər informasiyaya görə, Cahit Kılıç tərəfindən "Azadlıq" qəzetinə verilmiş "müsahibələr" və "açıqlamalar" əslində həmin qəzetin baş redaktoru Qənimət Zahid tərəfindən uydurulub.
Daha dəqiq desək, Qənimət Zahid Cahit Kılıç adı altında "Azadlıq" qəzetində "müsahibələr" və "açılamalar" verib. Bu vasitə ilə AXCP-nin və onun sədri Əli Kərimlinin itirilməkdə olan nüfuznu qorumağa cəhd edən Qənimət Zahid müxtəlif dezinformasiyalarla ictimai rəyi aldatmağa çalışıb. Nəticədə isə məlum olub ki, "Azadlıq" qəzetində mütəmadi olaraq yer alan "Cahit Kılıç" məhz həmin qəzetin baş yazarı Qənimət Zahiddir.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB