"Azərbaycan heç vaxt bu haqsızlığı unutmayacaq"

Mübariz Əhmədoğlu: “İrandakı zəlzələnin Dağlıq Qarabağ məsələsinə təsiri var”
"Azərbaycan heç vaxt bu haqsızlığı unutmayacaq"

"Bu zəlzələ göstərdi ki, İran tamamilə siyasiləşmiş dövlətdir. İranın mətbuat vasitələrində Azərbaycanın zəlzələ bölgəsinə göndərdiyi yardım barəsində heç bir açıqlama verilmədi". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında siyasi şərhçi Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, İran heç bir xilasetmə işi aparmadan cənublu azərbaycanlıları diri-diri torpaqda basdırdı: "İran bu hərəkəti ilə Dağlıq Qarabağ məsələsində də öz mövqeyini nümayiş etdirdi. Nə Cənubi, nə də Şimali Azərbaycan heç vaxt bu haqsızlığı unutmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə