"Ermənilər Sarkisyan zülmündən xilas olmağa çalışır"

Zahid Oruc: "Ermənistan boşalır"
"Ermənilər Sarkisyan zülmündən xilas olmağa çalışır"

Son vaxtlar Ermənistan əhalisi dünya dövlətlərindən kömək istəyir və onları S.Sarkisyan zülmündən xilas etmələrini xahiş edirlər. Bu, artıq işğalçı ölkə olan Ermənistanın bir dövlət olaraq çökməsi demək deyilmi?

Bu məsələyə aydınlıq gətirən millət vəkili Zahid Oruc bildirib ki, işğalçı ölkə olan Ermənistanın iqtisadi və sosial vəziyyəti çox ağır durumdadır: "Demək olar ki, Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edirlər. Təkcə Azərbaycanda deyil, o cümlədən, kənar dövlətlərin ərazisində də məskunlaşmaq istəyən ermənilərin sayı getdikcə artır. Bu da işğalçı Ermənistanın ağır bir vəziyyətdə olması ilə bağlıdır. Ona görə də, həmin ölkənin vətəndaşları ayrı-ayrı ölkələrə üz tutaraq kömək istəyirlər. Azərbaycana uzun müddət düşmən kimi yanaşan Serj Sarkisyan rejimi artıq sadə xalqın dəyişən münasibətindən qorxuya düşüb. Tarixi proseslər zəminində hər zaman yaradılmış mənfi azərbaycanlı obrazını indi ermənilərə sırımaq hakimiyyətə xeyli dərəcədə çətinlik törədir. Ən başlıca ona görə ki, ermənilər əvvəlki kimi ideologiya ətrafında deyil, daha çox real sosial problemlərinin həlli üzərində düşünürlər. Yəni, insanlar hansısa şərti gələcəyi əsas götürüb onun ardınca qaçmaq istəmirlər. Bir sözlə, həmin sadə ermənilər görür ki, Qarabağ kartı üzərində hakimiyyəti ələ keçirənlər böyük vətənpərvərlik ideologiyası altında var-dövlət ələ keçiriblər. Bir sözlə, bu gün işğalçı ölkə olan Ermənistanın daxili vəziyyətini gizlətmək mümkün deyil. Ona görə də, ermənilər öz həyatlarını S.Sarkisyan zülmündən xilas etmək üçün işğalçı ölkəni tərk edirlər. Çünki Ermənistanın heç bir siyasi gücü yoxdur. Bu vəziyyətdə də Azərbaycan dövləti ilə hər hansı bir rəqabət aparması qeyri-realdır.

GÜLYANƏ AĞAKƏRİMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə