Azərbaycan prezidenti Londondadır

Azərbaycan prezidenti Londondadır

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi London şəhərinə gəliblər.

SİA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, Londonun "Stansted" hava limanında dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov, Böyük Britaniya Kraliçasının şəxsi nümayəndəsi Lord Piter və Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin rəsmisi qarşılayıblar.

Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə