O televiziya verilişində Azərbaycanı Moskva yaxınlığında olan şəhər adlandırdı
Əfsanəvi Amerika televiziya jurnalisti, məşhur tok-şou aparıcısı Larry King ABC telekanalının gecə efirində Azərbaycanla bağlı təəssüratlarını paylaşıb.
"Bir müddət öncə böyük bir konfransa moderatorluq etmək üçün Azərbaycana dəvət olundum ("Krans Montana" forumunda Larry Kinq enerji mövzusunda gender bərabərliyi və təhsillə bağlı panellərə moderatorluq etmişdi-red.). Çox gözəl şəhərdir. Neft ilə zəngin bir yerdir. Şəhərin müasirliyinə heyran qaldım".
Müsahibə bir neçə məqamla diqqət çəkib. Maraqlıdır ki, cari ilin iyun ayında məşhur "Krans Montana" beynəlxalq forumuna moderatorluq etmək üçün ölkəyə dəvət olunan Larry Kinq Azərbaycandan müstəqil ölkə olaraq yox, bir şəhər kimi bəhs edir. Bu isə məşhur teleaparıcının ölkəmiz haqda tam məlumata sahib olmadığını və ya burda olduğu müddətdə məlumatlandırılmadığını göstərir. Larry Kinq çox geniş auditoriyaya malik bir şəxsdir və onun Azərbaycan haqqında daha təfərrüatlı xəbərdar edilməsi lazım idi. Hər halda onun qəsdən ölkəmizi şəhər kimi təqdim etmək niyyətinin olduğu az ehtimal olunandır. Özü də Moskva tərəflərdə yerləşən şəhər kimi.
Səfəri haqqında təəssüratlarında Larry Kinq Azərbaycanın inkişafından heyranlığını da ifadə edib. Həyat yoldaşı ilə birgə təqribən 14 saatlıq uçuşdan sonra ölkəmizə çatan L.Kinq ölkəmizdə daha öncə heç olmadığına baxmayaraq, küçədəki insanların onu tanımasından xeyli təəccübləndiyini və məmnun qaldığını bildirib.
79 yaşlı teleaparıcı karyerası boyunca siyasətçilər, idmançılar, aktyor və digər tanınmışların daxil olduğu 50.000-dən çox müsahibəyə imza atıb. Lakin əfsanəvi jurnalistin ən uğurlu layihəsi 1985-ci ildən 2010-cu illər ərzində müəllifi olduğu "Larry King Live" tok-şousudur.
Larry King "Emmy", "Peabody", "Cable ACE" kimi nüfuzlu mükafatların laureatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB