İki gün əvvəl Ermənistan silahlı Qüvvələrinin Tovuz istiqamətində açdığı atəş nəticəsində neytral ərazidə yaralandığı bildirilən milli ordumuzun əsgəri Orucov Elçin Rauf oğlunun meyiti tapılıb. SİA-nın Qarabağ bürosunun xəbərinə görə, ərazi mütəmadi atəşə tutulduğundan neytral bölgədə vurulmuş əsgərin öldüyü məlum olub və şəhidin meyiti hadisə yerindən götürülüb. Tərtər Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Elçin Orucovun cənazəsi əvvəlcə onun xidmət etdiyi hərbi hissəyə gətirilib, oradan isə doğulduğu Seydimli kəndinə göndərilərək ailəsinə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB