Yaxın günlərdə DSX-də yeni hərbi obyektlər istifadəyə veriləcək

Yaxın günlərdə DSX-də yeni hərbi obyektlər istifadəyə veriləcək

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Sərhəd Xidməti Akademiyası (DSX) məzunlarının ilk buraxılışı ilə əlaqədar olaraq Dövlət Bayrağı Meydanında diplomların təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə iştirak edən DSX- nın rəisi, general-leytenant Elçin Quliyev jurnalistlərə verdiyi açıqlamasında yaxın vaxtlarda bir neçə yeniliklərin olacağını ifadə edib: "Dövlət Sərhəd Xidmətində yaxın vaxtlarda bir sıra yeni obyektlərin istifadəyə verilməsi planlaşdırılır. Yeni qarnizonların, bazaların, aerobazaların, komendantlıqların, xüsusi hərbi hissələrin, sərhəd zastavalarının açılışları olacaq".

Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında inkişafına və qulluqçuların yaşayış şəraitinin yaxşılaşdırılmasına da toxunub: "Görəcəksiniz ki, Ali Baş Komandan "Hərbi qüdrətimiz artır" deyəndə nəyi nəzərdə tutur. Azərbaycanın iqtisadi inkişafı ordu quruculuğunun bütün sahələrinə böyük təkan verir. Digər tərəfdən ən müasir avadanlıqların alınması və dövlət sərhədlərinin mühafizəsində tətbiqi həyata keçirilir. Ən müasir silahların alınması, zabitlərin mənzil şəraitinin yaxşılaşdırılması, onların xidməti mənzillərlə təmin olunması prosesi davam etdirilir. Qısa zaman kəsiyində mindən çox zabitimiz xidməti mənzillə təmin olunub. Bu, Ali Baş Komandanın Sərhəd Qoşunlarına diqqət və qayğısının nəticəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə