Elçin Quliyev: “Son altı ayda daha çox sərhəd pozma halları İran istiqamətində baş verib”
Bu yaxınlarda dənizdə İran istiqamətində əməliyyat keçirilib və alınmış müasir avadanlıqlar sayəsində sərhəd pozucuları aşkarlanıb. SİA-nın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev jurnalistlərə açıqlamasında bildirib. General-leytenant həmçinin əlavə edib ki, son altı ayda dövlət sərhədində daha çox sərhəd pozma halları İran istiqamətində baş verib. Bununla yanaşı əvvəlki dövrlə müqayisədə son vaxtlar həmin istiqamətdə sərhəd pozulmalarında azalma müşahidə olunur.
Bundan başqa Elçin Quliyev qeyd edib ki, 3 gün əvvəl Dövlət Gömrük Komitəsi ilə birgə analoji əməliyyat keçirilib. Yaxın günlərdə həmin əməliyyatın detalları ictimaiyyətə açıqlanacaq: \"Yenə dövlət sərhədini pozaraq İrandan Azərbaycan keçən 3 nəfər saxlanılıb. Hazırda zəruri istintaq tədbirləri aparılır". E. Quliyev deyib ki, digər istiqamətlərdə də sərhədpozma halları olur. Amma bunlar davamlı baş vermir və yüksək narahatlıq doğurmur: "Buna baxmayaraq dövlət sərhədinin bütün istiqamətlərində zəruri işlər görülür ki, sərhədin mühafizəsi yüksək səviyyədə təmin olunsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB