YAP Qaradağ rayon təşkilatının fəalları Heydər Əliyev Fondunda olublar

YAP Qaradağ rayon təşkilatının fəalları Heydər Əliyev Fondunda olublar

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 43-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Şurasının və İdarə Heyətinin üzvləri, fəalları Heydər Əliyev Fondunda olublar. SİA-nın verdiyi məlumata görə, qonaqlara Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Fond Ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir. Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara nəzər yetirən partiya fəalları fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, Ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıblar.

Qonaqlar Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə