Prezident İlham Əliyev Kuba səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Prezident İlham Əliyev iyulun 13-də Kubanın Azərbaycandakı səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçısı M. K. Torresin Azərbaycanda diplomatik fəaliyyəti dövründə Kuba ilə əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini deyib, səfirin əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Görüşdə Azərbaycanla Kuba arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsinin razılıq doğurduğu vurğulanıb, bu münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə Azərbaycanla Kuba arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsinin razılıq doğurduğu vurğulanıb, bu münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB