Tacikistan Prezidenti Azərbaycana gəlib

Tacikistan Prezidenti Azərbaycana gəlib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Tacikistan dövlətinin başçısını hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Emoməli Rəhmon və Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə