ATƏT-in baş katibi Qafqaz turunu davam etdirir
ATƏT-in baş katibi Lamberto Zanyer Qafqaz turu çərçivəsində Azərbaycandan sonra Gürcüstana səfər edib. Burada Zanyer Gürcüstan prezidenti Mixail Saakaşvili, xarici işlər naziri Qriqol Vaşadze və Parlament sədri David Bakradze ilə görüşüb.
ATƏT-in baş katibi Gürcüstan müxalifətinin nümayəndələri ilə də görüş keçirib. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə birgə mətbuat konfransında isə Lamberto Zanyer Gürcüstan hökuməti ilə müxalifətinin seçkilərlə bağlı məsələləri dialoq vasitəsilə həll etməli olduğunu bildirib.
ATƏT-in baş katibi Gürcüstandan Ermənistana səfər edəcək və orada 2 gün ərzində görüşlər keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB