Millət vəkili: “AB Qarabağ probleminin həllinə yalnız müsbət təkan verə bilər”
"Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakı bu problemin həllinə yalnız müsbət təkan verə bilər. Çünki artıq AB tərəfindən Qarabağ münaqişəsinin həllinə marağın artdığını müşahidə etmək olar". SİA-nın xəbərinə görə, bunu millət vəkili Asim Mollazadə deyib. O, fikrini belə əsaslandırıb: " Azərbaycan AB-nin bu prosesdə fəal iştirakına ümid edir. Bu səbəbdən, Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompeyin regiona səfərini yüksək qiymətləndirmək lazımdır. Azərbaycanda ümid edirlər ki, AB rəsmisinin səfəri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindən başlayaraq əməkdaşlığın müxtəlif sahələrini əhatə edən problemlərədək Azərbaycan və AB arasındakı əlaqələrə müsbət stimul verəcək".
Millət vəkili bildirib ki, rəsmi Bakı sülhün tərəfdarıdır: "Azərbaycana təcili olaraq sülh lazımdır. Ölkənin marağı, bütün beynəlxalq təşkilatların və böyük dövlətlərin Azərbaycana Qarabağ nizamlanmasına dəstək və yardım göstərməsindən ibarətdir. Buna görə də, Azərbaycan tərəfi Qarabağ nizamlanmasına öz töhfəsini verə biləcək istənilən tərəfə müsbət yanaşmaqda maraqlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB