Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan və Berdavan kəndləri yaxınlığında, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, işğal olunmuş Ağdam rayonunun Yusifcanlı, Mərzili, Qaraqaşlı və Şirvanlı kəndləri yaxınlığında, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB