Sabah Bakıda güclü külək olacaq

Sabah Bakıda güclü külək olacaq
Sabah Bakıda güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, iyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 20-23, gündüz 26-31 dərəcə isti olacaq.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında iyunun 6-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.


Havanın temperaturu gecə 18-23, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 15-20 dərəcə isti olacaq.


İyulun 6-dan 8-dək Abşeron yarımadasında atmosfer təzyiqinin enərək normadan xeyli aşağı olması və güclü küləyin əsməsi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, yay mövsümündə davamlı xəzri küləyinin yaratdığı sərinlik müsbət amildir.

Bütün xəbərlər Facebook səhifəmizdə