Xəzər İbrahim: \"NATO-Azərbaycan əməkdaşlığında heç bir qüsur yoxdur\"

Xəzər İbrahim: \"NATO-Azərbaycan əməkdaşlığında heç bir qüsur yoxdur\"

\"Hərbi tərəfdaşlığa dair əməliyyat planının (İPAP) üçüncü mərhələsinə artıq başlanılıb\". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim məlumat verib. Onun sözlərinə görə, burada Azərbaycanın maraqları tam şəkildə təmin olunub və heç bir problem yoxdur: "Həm İPAP, həm də digər proqramlar çərçivəsində NATO ilə yaxşı əməkdaşlıq edirik. NATO-Azərbaycan əməkdaşlığında heç bir qüsur yoxdur".

X.İbrahim bildirib ki, İPAP-la bağlı siyasi bəyanatda heç bir dəyişikliyə yol verilməyib və orada Azərbaycanın maraqlarına aid məqamlar əks olunub. Sənəddə müdafiə, ictimai diplomatiya, mülki müdafiə, sərhəd təhlükəsizliyi və digər bu kimi məsələlər var: \"Azərbaycan inkişaf edir və bu da İPAP-da öz əksini tapır. NATO dəfələrlə Azərbaycanın İPAP çərçivəsində öhdəliklərini müsbət yerinə yetirdiklərini bildirib. İPAP-ın yerinə yetirilməsi bizim öz marağımızdadır. Çünki bu, Azərbaycan dövlətinin gücləndirilməsidir. Biz ona görə NATO ilə birgə işləyirik ki, müxtəlif sahələrdə öz qabiliyyətlərimizi inkişaf etdirək".

Bütün xəbərlər Facebook səhifəmizdə