Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili deyib
Riçard Morninqstar cümə günü yekdilliklə Azərbaycandakı səfir postuna təsdiqlənib. O, hal-hazırda Azərbaycana gəlməyə hazırlaşır. Məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq jurnalistlərə açıqlamasında deyib.
A.Sterlinqin sözlərinə görə, onun Senatda nə vaxt and içəcəyi və Azərbaycana konkret olaraq nə vaxt və hansı gündə gələcəyi barədə hələlik heç bir məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB