Azərbaycan Prezidenti Argentinanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti Argentinanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Argentina Respublikasının xarici işlər və etiqad naziri Hektor Timermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman ilə Nyu-Yorkda keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Azərbaycan ilə Argentina arasında ikitərəfli əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Argentina ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin genişləndiyini qeyd edən Hektor Timerman bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. İş adamlarından ibarət nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini deyən qonaq bu səfərin ölkələrimiz arasında işgüzar əlaqələrin qurulması üçün yaxşı imkan yaradacağını vurğulayıb.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın enerji, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə