İctimai kanalda xarici filmlər subtitrlərlə veriləcək

İctimai kanalda xarici filmlər subtitrlərlə veriləcək

İctimai Televiziyaya dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib. SİA-nın veridiyi xəbərə görə, \"İctimai televiziya və radio yayımı haqqında\" qanuna 11 dəyişiklik edilir. Komitə sədri Nizami Cəfərov iclasda bildirib ki, İTV-nin digər televiziya kanallarından fərqli olaraq yaradılanda üzərinə müəyyən öhdəliklər qoyulub və reklam digər kanallardan fərqli olaraq daha az yer verilir. \"İctimai televiziya və radio yayımı haqqında\" qanunun 23-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, ictimai yayım xidmətinin maliyyə mənbələri sırasına dövlət büdcəsindən ayırmalar da daxil edilib. Azərbaycanda \"İctimai televiziya və radio yayımı haqqında\" qanuna təklif olunan dəyişikliyə görə, İTV-də əcnəbi filmlər subtitrlərlə veriləcək.

Xatırladaq ki, daha öncə serialların da subtitrlərlə verilməsi qanun layihəsinə daxil edilmişdi. Lakin layihəyə dəyişiklik edilərək serial sözləri çıxarılıb.

Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində subtitrlər müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə