İstanbulda QDİƏT-in 20 illiyinə həsr olunmuş yubiley sammiti keçirilir
Bu gün İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsis olunmasının 20 illiyinə həsr olunmuş yubiley sammiti keçirilir. Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Türkiyəyə səfərə gedib.
Yubiley sammitinə Azərbaycan, Gürcüstan, Rumıniya, Moldova və Serbiya prezidentləri də qatılıb, Albaniya və Bolqarıstan isə sammitdə baş nazir səviyyəsində təmsil olunur.
Qurumun 20 illiyinə həsr olunmuş zirvə görüşünə Serbiya və Türkiyə sədrlik edəcək. Bu iki ölkə 2012-ci ildə QDİƏT-ə sədrlik edəcəklər.
Sammitdə münasibətlərin inkişafı müzakirə olunacaq, İstanbul Bəyannaməsi imzalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB