Abşeron rayonunda döyüş sursatı aşkarlanıb

Abşeron rayonunda döyüş sursatı aşkarlanıb.SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, müvafiq məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Döyüş sursatının istifadəyə yararlı partlayıcı qurğuları (UZRQM) ilə birlikdə olan 2-ədəd F-1 əl qumbarası və 1 ədəd (PDŞ-3) tüstülədici şaşka olduqları müəyyən olunub. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə