Rəqəmsal yayıma keçid 2012-ci ildə başa çatacaq

Azərbaycanda rəqəmsal yayıma keçid proqrama əsasən 2012-ci ildə başa çatmalıdır. SİA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Nazirin sözlərinə görə, dövlət öz proqramlarını efirdə rəqəmsal mühitdə yayımlamalıdır:


"Dünya üzrə bu rəqəmsal yayıma keçid 2015-ci ildə olsa da artıq 2012-ci ildən biz buna öhdəlik götürmüşük. Əgər 2011-ci ilin axırında Azərbaycan 85 faiz rəqəmsal yayımla örtülürdüsə, bu ilin axırına bu 100 faizə çatdırılacaq. Gələn illərdən isə rəqəmsal yayım özəl şirkətlərə veriləcək. Belə ki, onlar burada öz kommersiya fəaliyyətlərinə başlasınlar. Artıq MTRŞ-nın təklifi ilə Azərbaycanda 130 min ailə hansı ki, bunlar ünvanlı yardım alırlar onlar üçün ödənişsiz olaraq tunnerlərin verilməsi məsələsinə baxılacaq. Digər tərəfdən hesablamalar göstərir ki, bu tunnerlər baha olmayacaq əksinə 25-30-40 manat ətrafında cərəyan edəcək".


Nazir Ə.Abbasov həmiçinin Azərbaycanda "Katel" şirkəti şəbəkənin davam etdirilməsi üçün işlərin davam etdirildiyini də sözlərinə əlavə edib:


"Hazırda adı çəkilən şirkətin fəaliyyətini biz özəl şirkətlərə təqdim etmişik. Artıq bir neçə özəl şirkət bununla maraqlanıb. Əgər onlar normativ tələblərin qaydalarına uyğun gəlsələr bundan yararlana bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə