YAP GB-nin sədri: “Universal gənclik” layihəsi bundan sonra da davam etdiriləcək” - MÖVQE

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi (GB) yeni-yeni layihələrini uğurlu və ardıcıl şəkildə davam etdirir. SİA-nın xəbərinə görə, bunu açıqlamasında YAP GB-nin sədri Seymur Orucov bildirib.


Onun sözlərinə görə, YAP GB və Nizami rayon İcra hakimiyyətinin birgə dəstəyi ilə konsert proqramları təşkil edib: "Həmin konsert proqramına "Avroviziya" müsabiqəsində iştirak etmiş müğənnilər Safura Əlizadə, Nigar Camal və Səbinə Babayeva qatılacaq. Bununla bərabər ölkəmizdə Azərbaycan-Ruminya diplomatik əlaqələrinin qurulmasının 20 illiyi ilə bağlı "Mandinga" qrupu da bu tədbirdə iştirak edəcək. Konsert iyunun 20-si saat 9-da reallaşdırılacaq".


Sədr "Universal gənclik" layihəsinin bundan sonra da uğurlu bir şəkildə davam etdiriləcəyini sözlərinə əlavə edib: "Bu layihə gənclər tərəfindən çox böyük rəğbətlə qarşılanır. Gələn dəfəki mühazirəni biz "Yay məktəb"ləri layihəsi çərçivəsində keçirməyi planlaşdırmışıq. Sentyabr ayından isə yenidən YAP GB-nin ofisində bu mühazirələr ardıcıl olaraq davam etdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə