Erməni silahlı bölmələri ötən gün və bu gecə Ermənistanın Krasnoselsk və işğal olunmuş Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdən, Ağdam rayonunun Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çiləbürt və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə