Dənizkənarı Milli Parkda konsert olacaq

Dənizkənarı Milli Parkda konsert olacaq

15 İyun-Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda konsert və atəşfəşanlıq təşkil ediləcək. Bakı şəhər İcra Hakimiyyətindən SİA-ya verilən xəbərə görə, belə ki, iyunun 15-i saat 21:00-da Dənizkənarı milli Parkda Saat Qülləsinin yanında tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert olacaq. Konsertin sonunda saat 23:00-da atəşfəşanlıq olacaq.


Bakı şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və şəhərin qonaqlarını bayram şənliyinə dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə