Suriyaya oradakı rejimin devrilməsinə yönələn xarici müdaxilə dünyada sülhün bərqarər edilməsi ilə bağlı əvvəlki konsepsiyadan imtina deməkdir. Bunu nüfuzlu "Vaşinqton post"a dərc edilmiş məqaləsində ABŞ-ın keçmiş dövlət katibi, tanınmış diplomat və ictimai-siyasi xadim Henri Kissincer deyib. Onun sözlərinə görə, haqqında söz açdığı hazırkı konsepsiya 1648-ci ilin Vestfal sülhünə əsaslanır. Həmin vaxtın 30 illik müharibəsi dövründə ayrı-ayrı sülalələr ordularını sərhədlərdən kənara dini ehkamların yayılması üçün göndərirdilər. Vestfal sülhü beynəlxalq siyasətlə daxili siyasəti bir-birindən ayırdı. Bu, daxili müharibələrin olmaması üçün idi. İndi isə Kissincerin qənaətincə, "ərəb baharı" ilə doğulmuş yeni diplomatiya dövlət idarəçiliyinin universal prinsiplərini aradan qaldırmaq üçün humanitar əhəmiyyət daşıyan məsələlərə müdaxilə edir. "Bu, ABŞ-ın xarici siyasət doktrinasının prinsipinə çevriləcəkmi?", deyə sual edən diplomat məsələ barədə düşünülməli olduğunu vurğulayıb. O, Birləşmiş Ştatların bütün xalq üsyanlarını dəstəkləməyə borclu olub-olmadığına dair sual da ünvanlayır: "Məsələn, Səudiyyə Ərəbistanı bizim müttəfiqimizdir, ona görə ki, onun ərazisində hər hansı çıxış baş verməyib? Biz başqa dövlətlərə öz inanclarından olan şəxslərin müdafiəsinə qalxmaq hüququ verməyə hazırıqmı?".
H.Kissincer ənənəvi strateji təşəbbüslərin sıradan çıxmadığına dair xəbərdarlıq da edir. Onun sözlərinə görə, əgər bir rejimin dəyişdirilməsi başqa strukturlu dövlətin qurulması ilə nəticələnmirsə, qanunsuzluq yaranır. Bu hal Yəməndə, Somalidə, Malidə, Liviyada, Pakistanın şimal-qərbində müşahidə olundu. Suriyada da analoji ssenarinin yaşanması labüddür. Mərkəzi hakimiyyətin olmadığı yerlərdə isə terrorçular, silah qaçaqmalçıları öz fəaliyyətlərini gücləndirirlər və sonradan bu vəziyyəti aradan qaldırmaq müşkilə çevirilir. Suriyaya hərbi müdaxilə ilə bağlı fikirlərini cəmləşdirən Kissincer aşağıdakı məqamlər üzərində düşünməyi zəruri sayır:
1. Yeni baxış İraqa, Əfqanıstana hücum, indi isə qoşunların həmin yerlərdən çıxarılması fonunda Amerika siyasətinin böhranı kimi qəbul edilən dilemmaları aradan qaldıra biləcəkmi?
2. Suriyadakı indiki hakimiyyəti kim əvəzləyəcək? Əfqanıstanda olduğu kimi, Amerikanın silahlandırdığı adamalr onun öz təhlükəsizliyinə əngəl yaratmayacaqlar ki?
Maraqlıdır ki, H.Kissincer huminar və ya stratejiliyindən asılı olmayaraq Suriyaya kənar müdaxilənin iki ilkin şərtini də irəli sürür. Bunlardan birinsici, indiki hakimiyyət getdikdən sonra onun yerinə kimin gələcəyinə dair konsensusun əldə edilməsidir. Əks halda diplomatın fikrincə, vətəndaş müharibəsi davamlı xarakter alacaq. İkincisi, siyasi məqsəd dəqiq və yerinə yetirilməsi mümkün səciyyə daşımalıdır. Yəni ictimai rəydə işğal kimi dəyərləndirilməməlidir. Kissincer bu iki halın Suriyada mövcudluğuna şübhə ilə yanaşdığını yazır. Bildirir ki, ABŞ daha çox dini konfessiyalar arası mübarizə xarakteri daşıyan konftiktlərə qarışmamalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB