Elçin Mirzəbəyli: \"Müxalifətin İran sevgisi ABŞ-ın xoşuna gəlmədi\"

Elçin Mirzəbəyli: \"Müxalifətin İran sevgisi ABŞ-ın xoşuna gəlmədi\"

"Son dövrlərdə Azərbaycan müxalifətində İran leyhinə səslənən fikirlər Amerika Birləşmiş Ştatlarının ölkə müxalifətçilərinə olan münasibətini dəyişib". Bunu Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli SİA-a verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, ehtimallar deməyə əsas verir ki, ABŞ dövlət katibi Hillari Klinton məhz bu səbəbdən müxalifət partiyası liderləri ilə görüşməyib.

Elçin Mirzəbəyli bildirib ki, onun təmsil olunduğu partiya Hillari Klintonla görüşmək üçün Birləşmiş Ştatların ölkəmizdəki səfirliyinə müraciət etməyib: "Çünki üzvü olduğum partiyanın xarici qonaq qarşısında qaldıra biləcəyi heç bir problem yox idi".

Elçin Mirzəbəylinin sözlərinə görə, bu gün Azərbaycanda müxalifət adına sığınan əksər partiyalar ölkəyə gələn istənilən xarici ölkə rəsmisinə ölkə əleyhinə məlumat vermək üçün can atır. BAXCP fuunksioneri əlavə edib ki, son proseslər göstərir ki, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi ölkə müxalifətinin fəaliyyətini izləyir və Azərbaycanda gedən siyasi islahatlar dövlət katibinə çatdırılıb və xanım Klintonda siyasətçilərlə görüşməyi zəruri hesab etməyib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Cənubi Qafqaz regionuna səfəri zamanı Gürcüstan və Ermənistanda müxalifət partiyası liderləri görüşüb. Xanım Klinton həmin ölkələrin daxilində baş verən siyasi proseslərlə yaxından tanış olub. Azərbaycanda isə müxalifət partiyası liderini qəbul etməyib. Ötən dəfəki səfərindən fərqli olaraq bu dəfə vətəndaş cəmiyyəti təşkilatlarının liderləri ilə görüşüb.


Vüqar Əliyev


Bütün xəbərlər Facebook səhifəmizdə