Hakim partiya: "Neftçalada aclıq aksiyası keçirənlər YAP üzvləri deyil"

Yeni Azərbaycan Partiyası (YAP) bəzi qəzetlər tərəfindən Neftçala rayonunda guya YAP üzvü olan Natiq Hüseynovun və digər iki nəfər şəxsin aclıq aksiyası keçirməsi barədə yayılan xəbərlərə münasibət bildirib. Partiyanın mətbuat xidmətindən bildirilib ki, qəzetlərdə adları qeyd olunan şəxslərdən yalnız Natiq Hüseynov Yeni Azərbaycan Partiyasının sıralarında olub və bir il əvvəl YAP-ın Nizamnamə tələblərinə əməl etmədiyinə görə partiyanın sıralarından xaric edilib: "Qəzetlərdə adları qeyd olunan digər iki nəfər isə Yeni Azərbaycan Partiyasının üzvü deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...