Fuad Muradov: “Gələn ildən bu müsabiqəni daha da gəncləşdirəcəyik” - MÜSAHİBƏ

Millət vəkili Fuad Muradovun SİA-ya müsahibəsi


- Gənclərin öz tarixi və mədəniyyəti barədə daha çox məlumatlı olması üçün hansı işlər görülməlidir?

- Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən 1 ildən çoxdur ki, "Vətəni tanı" layihəsi həyata keçirilir ki, bu kampaniya da Dövlət Gənclər Proqramına salınıb. Hələ ki, bunun Azərbaycan xəritəsi üzərində keçirilir. Azərbaycanın tarixi və mədəniyyətinə aid xəritələrin hazırlanması planlaşdırılır. Gələn ildən bu müsabiqəni daha da gəncləşdirəcəyik. Biz gördük ki, əyani vəsait olanda uşaqlar Azərbaycanı daha yaxşı tanıyır, işğal olunmuş torpaqlar barədə daha çox məlumat alırlar. Hazırda bu istiqamətdə Azərbaycanın mədəniyyəti, tarixinin tanınması ilə bağlı çox böyük işlər görülür. Biz də düşündük ki, Azərbaycanın ərazi bütövlüyü hər dəqiqə gündəmdə olan məsələ olmalıdır. Böyüyən nəsil bilməlidir ki, tarixdə belə bir hadisə baş verib. Bizim məqsədimiz isə Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir.


- İşğal olunmuş torpaqların tarixi barədə gəncləri daha çox məlumatlandırmaq üçün gələcək planlarınız nədən ibarətdir?

- Ümid edirik ki, yaxın zamanlarda torpaqlarımız işğaldan olunacaq və bizim yeni layihələr görməyimizə ehtiyac qalmayacaq. Hazırda Azərbaycan tarixi ilə bağlı müəyyən fikirlərimiz var. Belə ki, həm ölkənin tarixi, həm də mədəniyyətini xəritəyə köçürmək istəyirlər.


- Bu gün layihələrin bir çoxu şagirdlər arasında keçirilsə də, gənclər arasında tarixi bilməyənlər də az deyil. Bəs onları necə istiqamətləndirmək olar?

- Bizim müxtəlif yaş dövrləri ilə bağlı fikirlərimiz var. Əslində biz başa düşməliyik ki, ali təhsil müəssisəsində oxuyan gənclər bunu bilməlidir. Amma reallıqlar həmişə belə deyil. Bunu ilk öncə məktəb şagirdləri arasında başlasaq da sonradan bunun ali məktəb tələbələri arasında da təşkil olunmasına ehtiyacın olduğunu gördük. Bundan əlavə, layihə çərçivəsində tələbələr arasında konstitusiya imtahanı keçirəcəyik. Bu imtahan isə daha yuxarı yaş dövrləri üçün nəızərdə tutulub. Biz də bilmək istəyirik ki, onlar konstitutsiyanı necə bilir.


- Azərbaycan bu gün informasiya müharibəsində özünü necə sübut edib?

- Artıq bu gün dünyada gedən proseslər onu göstərir ki, Azərbaycan informasiya müharibəsində xeyli irəliləyib. Hətta bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü başlaylb. Erməni tərəfi çox böyük canfəşanlıqla çalışırdı ki, buna hansısa mənfi çalarlar yaxsın. Buna bamayaraq quruma sədrlik yüksək səviyyədə başladı. Ermənilərə belə düşünürdü ki, biz beynəlxalq tədbirlərdə sərhəd saxlayaraq bu məsələləri gündəmə gətirməməliyik. Parlament Assambleyası, BMT kürsündən onların belə yanaşması oldu. Amma buna baxmayaraq Azərbaycan öz işini davam etdirir. Artıq biz indiki mərhələdə bu çağırışları edirik. Beynəlxalq təşkilatları bu məsələdə ədalətli olmağa çağırırıq. Bu gün isə həmin proseslərin bəhrəsi var. Artıq bir çox böyük dövlətlər öz fikirlərini açıq bildiriblər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün işğal olunmuş torpaqlardan çıxmalıdır. Qaçqın və məcburi köçkünlər öz yurduna qayıtmalıdır. Artıq bu məsələ müzakirə predmeti deyil. Digər məsələr var ki, onlar ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunur. Bu məsələyə isə artıq büynəlxalq ictimaiyyət tərəfindən tam mövqe bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...