Şirin Akiner: "Azərbaycan regionda ən düşünülmüş enerji siyasəti aparan ölkədir" - MÖVQE
Türkiyədə keçirilən konfransda iştirak edən London Universitetinin Şərq və Afrika Tədqiqatları İnstitutunun Mərkəzi Asiya bölməsinin direktoru, professor Şirin Akiner region ölkələri arasında Azərbaycanın enerji siyasətini ən optimal və düşünülmüş şəkildə apardığını deyib. SİA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə xüsusi müxbiri ilə söhbətində professor bildirib ki, "Xəzər hövzəsi: Siyasət, enerji və təhlükəsizlik" kitabında Azərbaycan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılması sahəsində nailiyyətlərini konkret rəqəmlərlə əsaslandırılıb. Britaniyalı alim əlavə edib ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin reallaşması da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin güclü iradəsi sayəsində baş tutub.
Mürəkkəb geosiyasi şəraitdə yerləşən Bakı etnik zəmində davam edən münaqişələrin yaratdığı maneələri aşmaq və öz zəngin neft-qaz ehtiyatlarını dünya bazarlarına çıxarmaq üçün ən optimal marşrutu – Gürcüstan və Türkiyədən keçən boru kəmərinin çəkilməsini həyata keçirməyə nail oldu. Azərbaycanın hasilat sənayelərinin şəffaflığı üzrə təşəbbüsə qoşulması və onun ən fəal üzvü olması, neft gəlirlərini səmərəli şəkildə fonda toplaması, qeyri-neft sektorunu inkişaf etdirərək iş yerləri və güclü iqtisadi infrastruktur yaratması öz bəhrələrini verir.
Professor Ş.Akiner vurğulayıb ki, London Universitetində enerji təhlükəsizliyinə dair tədqiqatlarda Xəzər hövzəsinin gələcəyi, Avropanın enerji daşıyıcıları ilə etibarlı təminatı üçün münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ probleminin həlli ön plana çıxır. Bu gün iqtisadi və maliyyə böhranı ilə üzləşən Qərb dünyası öz enerji siyasətində geosiyasi reallıqları nəzər almalı, xəyali bəyanatlardan əl çəkərək problemlərin beynəlxalq hüquq normaları əsasında və tez bir zamanda həllinə səy göstərməlidir.
Oqtay Bayramov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB