Bolqarıstan parlamentinin spikeri Çeçka Çaçevaya Azərbaycana rəsmi səfərə gəlib
Bolqarıstan parlamentinin spikeri xanım Çeçka Çaçevaya Azərbaycana rəsmi səfərə gəlib. SİA-nın xəbərinə görə, səfər zamanı Bolqarıstan parlamentinin spikeri Bakıda ölkə başçısı İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov ilə, eləcə də parlamentdə və digər rəsmi qurumlarda bir sıra görüşlər keçirəcək.
Görüşlərdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişaf perspektivləri, beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq, eyni zamanda parlamnetlərarası və ölkələrarası əlaqələrin inkişafında qanunverici orqanların rolu müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB