Səməd Seyidov: \"Ermənistanda demokratik seçkinin keçirilməsi prinsipial cəhətdən mümkün deyil” - MÖVQE
"Ermənistan parlamentində demokratik mühitin formalaşması üçün çox mühüm şərtlər olmalıdır. Əsas məsələlərdən biri isə xalqın istəyini, iradəsini əks etdirməkdən ibarətdir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Millət vəkili bildirib ki, Ermənistan hakimiyyəti və ölkəni təmsil edən deputatların hamısı xalqı bu gün çox çətin bir duruma saılıblar. Belə bir mühitdə demokratik seçkinin hansısa formada keçirilməsi fəlsəfi, prinsipial cəhətdən mümkün deyil: "Ancaq Ermənistan özü də müstəqil deyil. Seçkilərin hansı formada keçirilməsindən asılı olmayaraq Ermənistanı kənarda qüvvələr istədikləri formada təqdim etmək cəhdlərini nümayiş etdirəcəklər. Çünki burada bəzi qüvvələrin əsas məqsədi Ermənistana özünü demokratiya yoluna qədəm qoymağa yardım etmək deyil, bu ölkədən alət kimi istifadə edib regionda sabitliyi pozmaqdır. Buna görə də hansısa beynəlxalq təşkilat və ya dünyanın aparıcı bir dövləti Ermənistandakı son parlament seçkiləri barədə müsbət rəy bildirsə bu, məni təəccübləndirməyəcək.
Ermənistanın hazırkı hakimiyyətin nəinki demokratik seçkilər keçirmək qüvvəsi yoxdur, ümumiyyətlə, onlarda belə bir arzu yoxdur. Ermənistanda keçirilən son parlament seçkilərində də münasibətlər hər zaman olduğu kimi fərqli ola bilər. Hətta müsbət rəy versələr belə bu təəccüb doğurmamalıdır. Orada keçirilən seçkilər barəsində rəy verən bəzi beynəlxalq təşkilatlar və dövlətlər müəyyən tənqidi münasibət söyləsələr də, bu, sadəcə, görünüş xatirinə olacaq. Ümumilikdə isə vəziyyəti müsbət dəyərləndirirlər. Çünki onlar Ermənistanda demokratik cəmiyyət formalaşdırmaq deyil, bu ölkədən istifadə etməklə öz məqsədlərini həyata keçirməyə çalışırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB