Ukraynada Ulu öndər Heydər Əliyevin doğum günü qeyd edilib - FOTO

Ukraynada Ulu öndər Heydər Əliyevin doğum günü qeyd edilib - FOTO

Ukraynanın Vinitsa Texniki Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 89 illiyi münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri universitetin 18 yaşlı azərbaycanlı tələbəsi Samir Hüseynov təşkil edib. Tədbirdə Azərbaycan tarixi, milli adət-ənənələri, mədəniyyəti, musiqisi və mətbəxi təbliğ olunub. Azərbaycanlı tələbələr Ulu öndər haqqında, onun Azərbaycan üçün gördüyü işlər barədə məlumat verib. Tədbirdə həmçinin azərbaycanlı tələbələrlə yanaşı, universitetin professor, müəllim və 15 fərqli millətlərdən olan tələbələri iştirak ediblər. Tədbirdə Süleyman Süleymanlı və Samir Hüseynov çıxış edərək Azərbaycan tarixi, milli adət-ənənələri və Gül bayramı haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Samir Hüseynov çıxışında ümummilli lider Heydər Əliyevin respublikamız üçün gördüyü işlərdən, Ukrayna və Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin möhkəmləndirilməsindən, bu gün də prezident İlham Əliyev tərəfindən bu əlaqələrin və münasibətlərin davam etdirildiyindən danışıb.

Qeyd edək ki, universitetin nəşr etdiyi qəzetdə bu tədbir haqqında geniş şəkildə məlumat dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə