Əli Əhmədov: \"Azərbaycanın beynəlxalq aləmdə rolunun artması diqqəti işğal olunmuş torpaqlara yönəldəcək\"-MÖVQE
"Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik etməsi öz üzərinə çox mühüm beynəlxalq missiyanı götürməsindən xəbər verir". Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov SİA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi ölkəmiz bu missiyanı öz üzərinə götürərək dünyada sülh, əmin-amanlıq, ədalət və terrorçuluqla mübarizə uğrunda fəaliyyətini davam etdirəcək: "Qeyd edək ki, Azərbaycanın bu dəyərlər uğrunda və xüsusilə terrorizmə qarşı mübarizə aparmasının xüsusi əhəmiyyəti var. Belə ki, Azərbaycan da terrora məruz qalıb və torpaqlarının 20 faizi işğal altındadır".
Əli Əhmədovun sözlərinə görə, dünya ictimaiyyətində terrorizmə qarşı aparılan mübarizəyə öz əhəmiyyətli dəstəyini verməklə Azərbaycan da məruz qaldığı terrordan azad ediləcəyinə ümid bəsləyir. YAP sədrinin müavininin fikirincə, bu konteksdə Azərbaycanın apardığı mübarizə bütün dünyada əks-səda doğuracağı kimi dünyanın bir parçası olan Azərbaycanda da terrorizmin nəticələrini aradan qaldıracaq. Digər bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdəki rolunun artması, dünya çapında daha böyük missiya həyata keçirməsi diqqəti işğal olunmuş torpaqlara yönəltmiş olacaq.
Danışıqlar prosesinə Ermənistanın daim əks reaksiya göstərməsinə gəlincə isə Əli Əhmədov bildirib ki, ermənilərin apardığı anti-Azərbaycan təbliğatı əslində onlara qarşı əks təbliğata çevrilir: "Belə ki, dünya Şuşanın Azərbaycana məxsus olduğunu bilir. Bütün beynəlxalq qurumlar-BMT və Avropa qurumları daxil olmaqla hamısı Azərbaycanı işğal olunmuş əraziləri ilə birlikdə öz tərkiblərinə qəbul ediblər. Buna görə də erməni işğalına siyasi və dini liderlərinin don geyindirmələrinin heç bir əhəmiyyəti yoxdur".
YAP rəsmisi həmçinin əlavə edib ki, Ermənistanın qeyri-konstruktiv siyasəti erməni xalqını sosial-iqtisadi fəlakətə aparır: "Ermənistanın üzləşdiyi problemin yalnız bir səbəbi var, o da Azərbaycana qarşı törətdikləri işğaldır".
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB