Ermənistan XİN prezident İlham Əliyevin BMT-dəki çıxışı ilə bağlı bəyanat yaydı

Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasındakı çıxışı Ermənistanda narazılıq doğurub. Bu, ölkənin Xarici İşlər Nazirliyininn yaydığı bəyanatda əksini tapıb.


Bəyanatda bildirilir ki, Azərbaycan prezidenti ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına sadiqliyini təsdiqləməkdənsə, BMT Təhlükəsizlik Şurasının tribunasından anti-erməni təbliğatı üçün yararlanıb. Sənəddən görünür ki, ermənilər prezidentin faktlara əsaslanan və işğalçı ölkənin ittihamına yönələn fikirlərindən əndişələniblər. Bunun müqabilində isə onlar Azərbaycanda guya ermənilərə qarşı etnik təmizləmə siyasətinin aparıldığı kimi yalan mülahizə yürüdüblər.


Ermənistan XİN eyni zamanda hesab edir ki, Azərbaycan rəhbərliyinin bəyanatları BMT-nin prinsipləri ilə ziddiyət təşkil edir, Təhlükəsizlik Şurasının nüfuzuna zərbə vurur.


Xatırladaq ki, prezident İlham Əliyev BMT TŞ-dəki çıxışında virğulayıb ki, Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti surətdə pisləyir. Ölkəmiz onun müxtəlif üsullarına məruz qalıb: "Azərbaycan kənardan təşkil olunan terror fəaliyyətinin birbaşa hədəfinə çevrilib. Ermənistan Respublikası Azərbaycanın mülki əhalisi və infrastrukturuna qarşı onlarla terror aktı törədib. Bunun nəticəsində 2 mindən artıq azərbaycanlı həyatını itirib. Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törədib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəal fazasında Ermənistan etnik təmizləməyə nail olmaq üçün hərbi təcavüzlə yanaşı, mülki əhaliyə qarşı geniş şəkildə terror aktlarından da istifadə edib. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt 613 günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar öz həyatı ilə vidalaşıb. Yüzdən artıq qadın, altmış üç uşaq qətlə yetirilmişdir. Ermənistan, həmçinin münaqişə zonasından uzaq məsafədə də ictimai nəqliyyatda və mühüm infrastruktur yerlərində, 1994-cü ildə Bakı metrosunda bomba partlayışı və digər əməllər kimi terror aktlarını törədərək, mülki əhaliyə qarşı mübarizə apardı".168.az

Bütün xəbərlər Facebook səhifəmizdə